Cəmil Həsənlinin `xəyanət` meyarları

Cəmil Həsənlinin `xəyanət` meyarları
  01 Sentyabr 2014    Oxunub:3600
Milli Şuranın sədri Cəmil Həsənli verdiyi son açıqlamalardan birində deyib ki, milli maraqlar formatını təkcə hakimiyyət müəyyən edə bilməz. Bu marağın formatını hakimiyyət, vətəndaş cəmiyyəti institutları, siyasi qurumlar birgə müəyyənləşdirməlidir.

“Vətənə, xalqa xəyanətə gəlincə, ərazisi işğalda olan ölkənin hakimiyyətinin korrupsiyaya qurşanmasından böyük xəyanət yoxdur, yerdə qalan bütün xəyanətlər ondan aşağıda durur”, - deyə C.Həsənli qeyd edib.

Deməli, belə çıxır ki, Cəmil Həsənlinin xüsusi bir xəyanətlər cədvəli var. Orada xəyanətlər ranqına görə düzülüb: böyük xəyanət, kiçik xəyanət, orta xəyanət... Həmin cədvəldə Vətəni satmaq nisbətən aşağı yerlərdə durur. Yəni kiçik xəyanətdir. Korrupsiya isə ondan daha ağır xəyanət sayılır və cədvəldə ilk yerdə gəlir.

Bu, nə məntiqdir belə? Yəni Vətənə xəyanət edəni bağışlamaq olar, amma korrupsioneri yox? Niyə? Birincilər Cəmil Həsənli ilə eyni düşərgədədirlər, ona görəmi?

Milli Şuranın sədri həmçinin əlavə edib ki, milli maraqları müdafiə etmək istəyən hakimiyyət Leyla Yunus kimi tanınmış hüquq müdafiəçisini həbsə almaz.

İndi gəl, burada məntiq tap. Leyla Yunus nə vaxtdan milli maraqların təcəssümü olub? O, əsaslı olaraq ermənilərlə işbirliyində suçlandırılır. Başqa sözlə, Vətənə xəyanət edib. Belə çıxır ki, onu – yəni milli maraqları tapdalayan birini həbs etmək milli maraqlara ziddir?

Görəsən, Cəmil Həsənli “milli maraq” anlayışını nə ilə müəyyənləşdirir? Bunun kriteriyası nədir? Kim korrupsionerdirsə, deməli, Vətən xainidir, qalanları isə hətta Vətəni satsalar belə, yox?!

Maraqlıdır ki, Vətənə xəyanətdə ittiham olunanların çoxu elə həm də korrupsionerdirlər axı. Aldıqları qrantları gizlətməkdə, vergidən yayındırmaqda və s. ittiham olunurlar. Bunlar da korrupsiya əməlləridir. Deməli, Cəmil Həsənli onları ikiqat Vətən xaini saymalıdır, amma saymır.

AzVision.az


Teqlər:  





Xəbər lenti