Nurçulara ağır zərbə: həbslər başladı

Nurçulara ağır zərbə: həbslər başladı
  01 Sentyabr 2014    Oxunub:4033
Bu gün səhət saatlarında İstanbulda keçirilən əməliyyat zamanı 17 dekabr olaylarında iştirak edən polis əməkdaşları saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların arasında İstanbul Polis idarəsinin Maliyyə Cinayətləri şöbəsinin keçmiş müdiri Yaqub Sayqılı da var.

Sağlamlıq vəziyyəti yoxlandıqdan sonra xəstəxananın çıxışında jurnalsitlərin suallarını cavablandıran Y.Sayqılı niyə saxlandığını bilmədiyini deyib.

Tutulan polislərin Fətullah Gülənə yaxın olduğu bildirilir.

Qeyd edək ki, 2013-cü il dekabrın 17-25-də İstanbul Baş Prokurorluğunun keçirdiyi əməliyyatlar nəticəsində rüşvət və qaçaqmalçılıqda təqsirli bilinən 70-ə yaxın iş adamı saxlanılmışdı.

Daha sonra həmin dövrdə baş nazir olan Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da dindirilmə üçün polis bölməsinə çağırılmışdı.


Fatimə


Teqlər:  





Xəbər lenti