İŞİD-ə ağır zərbə: 60 ölü

İŞİD-ə ağır zərbə: 60 ölü
  01 Sentyabr 2014    Oxunub:2838
İraq hərbçiləri və kürd yaraqlıları İŞİD-in ələ keçirdiyi Əmirli şəhərini azad edib.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, İraq ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində 60 İŞİD yaraqlısı öldürülüb.

İraq ordusu və kürd yaraqlıları tərəfindən keçirilən uğurlu əməliyyat nəticəsində 36 İŞİD yaraqlısı da əsir götürülüb. Əməliyyatlar zamanı İraq ordusu da itkilər verib. Belə ki, İŞİD yaraqlıları ilə döyüş zamanı 16 hərbçi ölüb, 36 nəfər isə yaralanıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti