`Tutduğum vəzifələr nazir müavinindən yuxarıdır`

`Tutduğum vəzifələr nazir müavinindən yuxarıdır`
  01 Sentyabr 2014    Oxunub:2074
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov yüksək vəzifəyə təyinat alacağı haqda mətbuatda yer alan iddialara aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, YAP-çı deputat gənclər və idman nazirinin müavini postuna gətiriləcəyi iddiasını “Yeni Müsavat”a müsahibəsində yalanlayıb.

“Mən Milli Məclisin deputatı, komitə sədriyəm, partiyada icra katibinin müaviniyəm. Tutduğum bu postlar nazir müavinindən üç dəfə yuxarı vəzifədir”.

S.Novruzov həmçinin YAP-ın Müsavat partiyasının qurultayında iştirakı məsələsinə də münasibət bildirib.

“Müsavat rəsmi dəvət versin, müzakirə edib bu haqda qərar qəbul edəcəyik. Yəni bu, mənim, ya digərinin qəbul edəcəyi qərar deyil. Bu, partiya rəhbərliyinin qərarı olacaq. Hansı qərar olacaqsa, biz ona uyğun hərəkət edəcəyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti