İsrail Fələstin torpaqlarını işğal etdi

İsrail Fələstin torpaqlarını işğal etdi
  01 Sentyabr 2014    Oxunub:1510
İsrail İordan çayının qərbində yerləşən və Fələstinə məxsus 400 hektar ərazini işğal edib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

İsrail tərəfi hələki bununla bağlı rəsmi açıqlama vermir.
Artıq ABŞ tərəfi öz strateji tərəfdaşı olan İsrailin bu addımını kəskin şəkildə tənqid edib.

“Biz İsrail tərəfini bu qərarı dəyişməyə çağırırıq” –deyə, Ağ Ev rəsmisi bildirib. O, həmçinin bəyan edib ki, İsrail tərəfinin bu addımı fələstinlilərlə aparılan sülh danışıqlarına mənfi təsir edəcək.

Qeyd edək ki, İsrail ordusunun bu ilin iyun ayının 8-dən etibarən Qəzza sektorunda apardığı hərbi əməlliyyatlar nəticəsində 2135 fələstinli öldürülüb, 10198 nəfər isə yaralanıb. Ölənlərdən 578-i uşaq, 261-i isə qadındır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti