Azərbaycanda dəhşətli qəza: 2 nəfər yanaraq öldü

Azərbaycanda dəhşətli qəza: 2 nəfər yanaraq öldü
  31 Avqust 2014    Oxunub:3209
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı Şamaxı Yevlax yolunun 256-cı kilometrliyində, Ağdaş rayonu ərazisində vətəndaşlara məxsus "VAZ" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol nəqliyyat qəza hadisəsi baş verib.
Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü və sərnişini aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. "Mercedes" markalı minik avtomobilin yanar hissələri yanmış, sürücü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi TTYX tərəfindən aidiyyatı üzrə aparılıb.

Yanğınsöndürənlər minik avtomobilini söndürüb, yanğınsöndürən-xilasedicilər meyitləri avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 14:39-da başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti