Ermənilər rayonlarımızı atəşə tutdular

Ermənilər rayonlarımızı atəşə tutdular
  31 Avqust 2014    Oxunub:1205
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcəvan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərimizi atəşə tutublar.

Cəbrayıl rayonu Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti