Seymur Həzi xuliqanlıq edib - Rəsmi AÇIQLAMA

Seymur Həzi xuliqanlıq edib - Rəsmi AÇIQLAMA
  30 Avqust 2014    Oxunub:2018
Abşeron rayon Polis Şöbəsi və prokurorluğu "Azadlıq" qəzetinin əməkdaşı, müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Seymur Həziyevin həbsi ilə bağlı birgə məlumat yayıblar.

Baş Prokurorluqdan AzVision.az-a daxil olan birgə məlumatda bildirilir ki, avqustun 29-da saat 12:30 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Seymur Həziyevin qəsəbənin girişindəki avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əvvəllər tanımadığı Bakı şəhər sakini Məhərrəm Həsənovu əsaslı səbəb olmadan söyməsində, daha sonra şüşə butulka ilə başına, yumruq və təpiklə isə sifət nahiyəsinə vuraraq sonuncuya bədən xəsarətləri yetirməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib, hadisənin şahidləri dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

S.Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti