FHN-dən yanğın ilə bağlı AÇIQLAMA

FHN-dən yanğın ilə bağlı AÇIQLAMA
  30 Avqust 2014    Oxunub:3795
Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayonunda üksək dağlıq sahəsində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə nazirlik işçiləri ilə yanaşı kənd əhalisi də cəlb olunub:

`İsmayıllı rayonu, Qaraqaya kəndində (rayon mərkəzindən 25 km aralı) meşa ərazisində 20 ha sahədə kol-kos, quru ot və ağaclar yanmışdır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin 2 ədəd helekopteri, 1 ədəd təyyarəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin 3 ədəd yanğınsöndürmə avtomobili, 50 nəfər yanğınsöndürənlər, 30 nəfər meşə təsərrüfatı işçiləri və 40 nəfər kənd əhalisi cəlb olunub. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.`


Teqlər:  





Xəbər lenti