Erməni əsir təhvil verildi

Erməni əsir təhvil verildi
  29 Avqust 2014    Oxunub:2195
Azərbaycanda saxlanılan erməni hərbi əsir Akop İnciqulyan üçüncü ölkəyə təhvil verilib.
Akop İnciqulyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə üçüncü ölkəyə təhvil verilib.

Bu barədə A.İnciqulyanın qardaşı məlumat verib. O bildirib ki, əsirin üçüncü ölkəyə təhvil verilməsi barəsində avqustun 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisindən məlumat verilib.

Qeyd edək ki, A.İnciqulyan 2013-cü il, avqustun 8-də təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub.(ans)


Teqlər:





Xəbər lenti