Şabranda meşə yanır

Şabranda meşə yanır
  29 Avqust 2014    Oxunub:1584
Şabranda güclü yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Kilvar kəndində (rayon mərkəzindən 26 km aralı) meşə ərazisində 1 ha sahədə kol-kos, quru ot və ağaclar yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2 ədəd yanğınsöndürmə avtomobili, 15 nəfər yanğınsöndürənlər və 25 nəfər meşə təsərrüfatı işçiləri cəlb olunub.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzVision.az


Teqlər:  





Xəbər lenti