Çavuşoğlu Davudoğlunun postuna gətirildi

Çavuşoğlu Davudoğlunun postuna gətirildi
  29 Avqust 2014    Oxunub:2482
Türkiyənin yeni xarici işlər nazirinin adı açıqlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu şəxs Mövlud Çavuşoğlu olub.

O, indiyə qədər Türkiyənin Avropa Birliyi üzrə naziri vəzifəsində idi. 1968-ci il fevralın 5-də Alanyada anadan olub. Ankara Universiteti siyasi elmlər fakültəsini beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. ABŞ-da magistr, Böyük Britaniyada doktorluq dərəcəsi alıb. AKP-nin qurucu üzvü və xarici əlaqələr üzrə koordinatorudur. Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunun sədri, Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Avropa Demokratlar Qrupunun sədr müavini və sözçüsüdür.

Qeyd edək ki, Rəcəp Tayyib Ərdoğan prezident seçildikdən sonra hökumət yenidən qurulur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti