Prezident orta məktəbə baş çəkdi

Prezident orta məktəbə baş çəkdi
  29 Avqust 2014    Oxunub:1693
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Bakının Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 46 nömrəli tam orta məktəbin binası 1969-cu ildə inşa olunub. Dörd mərtəbədən, 65 sinif otağından ibarət məktəb 1560 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə vergilər mövzusunda dərslərin keçirilməsi üçün xüsusi kabinetlər də yaradılıb. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Ətraf ərazilərdə abadlıq və quruculuq işləri həyata keçirilib.

Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarını gəzdi, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu.

AzVision.az


Teqlər:





Xəbər lenti