Ancelina Colinin toyu oldu - FOTO

Ancelina Colinin toyu  oldu - FOTO
  29 Avqust 2014    Oxunub:3564
Hollivudun məşhur ulduzları Ancelina Coli və Bred Pitt nikahlarını rəsmiləşdiriblər. Onların toyu avqustun 23-də Fransada baş tutub. Bu barədə dünən `Associated Press` məlumat yayıb.

Nikah mərasimi kiçik bir kilsədə ailə üzvlərinin və dostlarının iştirakı ilə baş tutub. Mərasimdə cütlüyün övladları - Meddoks, Paks, Zahara, Vivyen, Şaylo və Noks da iştirak ediblər.

Bu, Ancelina Colinin üçüncü nikahıdır. Buna qədər o, Billi Bob Tornton və Conni Li Miller ilə nikahda olub. Bred Pitt isə aktrisa Cennifer Enistonla evli olmuşdu.



Teqlər:  





Xəbər lenti