“Neftçi”nin ümidləri puç oldu - 1:2 - YENİLƏNİB

“Neftçi”nin ümidləri puç oldu - 1:2 - YENİLƏNİB
  29 Avqust 2014    Oxunub:2913
Futbol üzrə UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində Bakının “Neftçi” komandası növbəti oyununa çıxıb.
AzVision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” Serbiyanın “Partizan” kollektivi ilə qarşılaşır.

“Neftçi”nin heyətində meydana Saşa Stamenkoviç, Karlos Kardosa, Denis Silva, Elvin Yuniszadə, Araz Abdullayev, Flaviniyo, Julius Vobay, Kaue, Mirhüseyn Seyidov, Erok Ramos və Ernest Nfor çıxıblar.

“Partzan”ın ilk onbirliyində Milan Lukiç, Miroslav Vuliçeviç, Nemanya Petroviç, Voislav Stankoviç, Branko İliç, Darko Braşanaç, Andriya Jivkoviç, Petar Qrbiç, Nikola Drinçiç, Danko Lazoviç və Petar Skuletiç yer alıblar.

Oyunu avstriyalı baş hakim Robert Şörgenhofer idarə edir. Ona həmyerliləri Matthias Vinsauer, Roland Brandner və Dominik Ouşan kömək edirlər.

***
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi “Partizan”ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Serbiya təmsilçisinin heyətində Petar Skuletiç fərqlənib.

***
Matçın UEFA nümayəndəsi Kris Bellon (Belçika), hakim-inspektoru isə Miçel Vautrotdur (Fransa).

***
Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrdə qonaqlar Petar Skuletiçin dubl etməsi nəticəsində hesabda irəli çıxıblar. Beləliklə, “Neftçi” cavab oyununda 1:2 hesabı ilə məğlub olub.

Komandalar arasında bir həftə əvvəl Belqradda keçirilmiş ilk oyunda “Partizan” komandası 3:2 hesabı ilə qalib gəlmişdi. İki oyunun nəticəsinə görə, “Neftçi” UEFA Avropa Liqası yarışlarında iştirakını dayandırıb

AzVision.az



Teqlər:  





Xəbər lenti