`Sırğa almağa pul tapırlar, amma ...` - Hadi Rəcəli

`Sırğa almağa pul tapırlar, amma ...` - Hadi Rəcəli
  27 Avqust 2014    Oxunub:2941
İstirahət mədəniyyəti haqda nə qədər danışılsa da, nə qədər danışsam da, ancaq bu yöndə hələ də elə bir ciddi, müsbət nəticə yoxdur.
Bizdə həqiqətən də çox ciddi şəkildə istirahət mədəniyyətinin formalaşmasına və formalaşdırılmasına ehtiyac var.

AzVision.az gün.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib.

“Hesab edirəm, bu məsələ-istirahət mədəniyyəti, istirahətin təşkili bizdə də nəhayət, kütləvi hal almalıdır, insanlar pul qazanmaqla yanaşı, istirahətlərini necə qurmaqları barədə də ciddi düşünməlidirlər, istirahətlərini təşkil etməyə də pul ayırmalıdırlar, can çəkməməlidirlər, simiclik, xəsislik etməməlidirlər.

Məsələn, “Kapitalbank”ın kollektivini götürək. Görürsən, ayda bir dəfə 20 nəfər, 25 nəfər çıxırlar avtobusla, bir-birilə danışırlar, bir qismi Həmkarların vəsaiti, bir qismi öz hesablarına gedirlər, istirahət edirlər”, -deyən komitə sədrinin sözlərinə görə, bundan başqa Azərbaycan Diplomatik Akademiyası-ADA bu məsələni çox yüksək səviyyədə təşkil edir:

“ADA -nın kollektivi ildə iki dəfə, üç dəfə bir yerdə istirahətə, səfərə gedir. Həmçinin, Milli Məclis də belə gedir, Prezident Administrasiyası da belə gedir. Həftəsonu deyilən tədbirlərdə, götürür 20-30 adamını, gedir, istirahət edir.

Yəni, burada istirahət mədəniyyətinin formalaşmasından söhbət gedir. Bunlar az da olsa, yaxşı, müsbət nümunələrdir və onları inkişaf etdirmək lazımdır. Bir hissəsi ola bilər Həmkarların hesabına olsun, bir hissəsi ola bilər adamın özünün hesabına olsun.

Adam sırğa, üzük taxmağa pul tapır, amma gedib istirahət etməyə qarnı ağrıyır. Get, istirahət et də bir az?!”.

Komitə sədri onu da deyib ki, bizim turist müəssisələrində olan şərait Karlovo-Varının şəraitindən pis deyil.

“Antalyadan, Bodurmdan pis deyil, bizim otellər, bizim şərait onlarınkından qat-qat yaxşıdır. Ancaq bununla belə, bizdə bir az kiçik ulduzlu otellər tikilməlidir ki, qiymətlər hamıya sərf etsin, yaxşı olsun.

Qiymət məsələsinə də gəlincə, kimsə restorana gedib yaxşıca xərcləyir, amma istirahətinə yox. Ay qardaş, ay bacı, getginən istirahət et, canına masaj çəkdir, nə bilim suya gir də...

Bunu da gərək biz tətbiq edək. Bu da imperativ normada olmalıdır, məcburi də göndərməlidirlər, harada işləyir, Həmkarlar deməlidirlər ki, get, canına fikir ver. Biz elə öləndə gedirik həkimin üstünə.. Get istirahət et, canına, sağlamlığına fikir ver də...

Amma çoxlarımız bu haqda fikirləşmirik. Bu gün turist müəssisələri boş-boşüna qalıblar. İnanın mənim ürəyim ağrıyır...”, - deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.


Teqlər:  





Xəbər lenti