Qızlarından Mehriban Əliyevaya TƏBRİK

Qızlarından Mehriban Əliyevaya TƏBRİK
  26 Avqust 2014    Oxunub:7011
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür.

AzVision.az xəbər verir ki, prezidentin qızı Arzu Əliyeva da anasını təbrik edib.

O, Facebook səhifəsində “Happy Birthday Mrs. Mehriban Aliyeva !!!” yazaraq, birinci xanımın fotosunu paylaşıb.

Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da anasını Facebook səhifəsində təbrik edib.

`Avqustun 26-ı Azərbaycan prezidentinin həyat yoldaşı öz 50 illik yubileyini qeyd edir. Bu zərif, gənc qadını görərkən onun yubileyinin yarıməsrlik olmasına, özünün isə üç nəvənin nənəsi olmasına inanmaq olduqca çətindir! Birinci ledi həmçinin may ayında 10 illik yubileyi keçirilən Heydər Əliyev Fonduna da rəhbərlik edir. Bu illər ərzində fondun kömək ərazisinə yalnız Azərbaycan deyil, həm də Rusiya və digər dövlətlər də daxil olub`.

Prezidentin qızları ilə yanaşı, Nərgiz Paşayevanın qızları da M.Əliyevanı təbrik ediblər. Onlar “Happy birthday, Mehriban xanum!! ” yazaraq, birinci xanımı təbrik ediblər.

AzVision.az




Teqlər:  





Xəbər lenti