Gəlin toydan niyə qaçdı?

Gəlin toydan niyə qaçdı?
  23 Avqust 2014    Oxunub:2670
Bir neçə gün öncə Lənkəran rayonunun Havzava kəndində baş tutan qəribə toy haqda məlumat vermişdik. Bu toyun qəribəliyi onda idi ki, toyuna iki gün qalmış 18 yaşlı gənc qız qəfil yoxa çıxmışdı. Bu xoşagəlməz məqama baxmayaraq toy baş tutmuşdu. Artıq itkin düşmüş gəlin də tapılıb.
AzVision.az ANS TV-ə istinadən xəbər verir ki, Lənkəran rayonundan ağlayaraq qızını axtaran atanı xatırlayarsınız. Bu gün həmin atanın Günəşim deyib axtardığı qızını tapmışıq. Üç gün əvvəl 18 yaşı olan Günəş Mənsimzadə isə itən gündən yolunu Bakıdan salıbmış. Toyundan iki gün əvvəl Lənkərəndan baş götürüb qaçan gəlinin açıqlamaları üzərində dayanaq. Günəş bu qaçışının səbəblərini valideynlərindən tam fərqli izah edir.

Günəş Mənsimzadənin sözlərinə görə, atam məni zorla ərə verdi, mən istəmirdim, ağladım, amma mənə fikir vermədilər.

Günəş iddia edir ki, 15 yaşında nişanlandığı Nazim Həsənov onu mütəmadi olaraq fiziki zorakılığa məruz qoyub. Maraqlısı odur ki, qızın sözlərinə görə, anası bundan xəbərdar olub. Lakin o, qızının taleyilə bağı heç bir tədbir görməyib.

Günəş Mənsimzadə deyir ki, məni döydüyünü anam bilirdi. Deyirdi, demə heç kimə, kənddə başıma qaxarlar.

Evdən qaçdığı günü isə Günəş belə xatırlayır.

Günəş Mənsimzadə qeyd edir ki, günün birində Nazim Həsənov adlı birisi mənə elçi gəldi: “Ailəm məni ona vermək istədi ağladım. Dedim ki, mən oxumaq istəyirəm, ərə getmək istəmirəm. Amma ailəm mənim dediyimə məhəl qoymadı. Bir il sonra nişan oldu. Oğlan məndən 10 yaş yarım böyükdür. Bizim dünya görüşümüz tamamilə fərqlənirdi. Onun istəkləri tamam başqa, mənim istəklərim isə tamamən başqa idi. İlk gündən Nazim Həsənovla mübahisələrimiz başladı. O, məndən elə şeylər istəyirdi ki, mən isə onu istəmirdim”.

Bu müddət ərzində isə Günəş Mənsimzadə Elyana Hüseynovanın evində qalıb. Elyana xanım deyir ki, Günəşin evdən qaçdığından xəbərsiz olub.

Bundan sonra Günəşi də götürüb Uşaq Krizis Mərkəzinə yollandıq. Mərkəzin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, burda zorakılıq faktı, erkən nigah və intihar məqamları olduğu üçün məsələ artıq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi tərəfindən araşdırılacaq.

Bizimlə söhbətində ailəsinə heç cür qayıtmaq istəməyən Günəş, bu müddət ərzində sığınacaqda yerləşdiriləcək.


Teqlər:





Xəbər lenti