Nazirlikdən sürücülərin aksiyası ilə bağlı AÇIQLAMA

Nazirlikdən sürücülərin aksiyası ilə bağlı AÇIQLAMA
  23 Avqust 2014    Oxunub:1430
Bakıda 95 saylı xətt marşrutu üzrə hərəkət edən avtobus sürücülərinin aksiya keçirməsi ilə bağlı Nəqliyyat Nazirliyi rəsmi münasibət bildirib.
AzVision.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun Lent.az-a dediyinə görə, aksiyanı təkcə 95 saylı avtobusun sürücüləri etmir: “Məndə olan məlumata görə 95, 131 və 171 saylı xətt üzrə hərəkət edən avtobus sürücüləri də aksiya keçirib. Bizim üçün əsas sürücünün istəyi yox, sərnişinlərin təhlükəsizliyidir. Hazırda sərnişindaşınmada optimallaşdırma proqramı həyata keçiririk. Məqsəd yollardakı tıxacı aradan qaldırmaq, qəzaların qarşısını almaqdır.

Eyni zamanda müasir standartlara uyğun olmayan avtobusları şəhərin mərkəzinə buraxmamaq üçün də bu addımları atırıq. Nərimanov, Qara Qarayev prospektində və digər yerlərdə paralellik təşkil etdiyindən hərəkət sxeminə dəyişiklik edirik. Ona görə də bəzi sürücülər etiraz edir. Buna baxmayaraq, biz bu optimallaşdırma proqramını həyata keçirəcəyik. Sahibkarlarla danışıqlar aparılır. Məsələ yoluna qoyulacaq. Sürücülərin də narazılığı həll ediləcək”.


Teqlər:





Xəbər lenti