Elmar Vəliyev mühüm görüş keçirdi

Elmar Vəliyev mühüm görüş keçirdi
  22 Avqust 2014    Oxunub:1478
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə işgüzar səfərdə olan BMT-nin insan hüquqları Şurasının Biznes və İnsan Hüquqları üzrə işçi qrupu ilə görüşüb.
AzVision.az xəbər verir ki, BMT-nin insan hüquqları komissarlığının eksperti Sulyandziga Pavel, Selvanathan Puvan, İşçi qrupunun üzvü Hall Peter, Halsteen Urik və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələrinin qatıldığı görüşdə ikitərəfli əlaqələr müzakirə edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları şəhərdə görməkdən məmnunluq hissi duyduğunu qeyd edib.

Həmçinin Elmar Vəliyev BMT ilə Azərbaycan əlaqələrinin önəmindən və əhəmiyyətindən danışıb. İcra başçısı şəhərimizdə gedən yenidənqurma və abadlıq işlərinin insanların sosial həyatları üçün əhəmiyyətli olduğunu bildirib.


Teqlər:





Xəbər lenti