İsrail Qəzzaya aviazərbələr endirdi

İsrail Qəzzaya aviazərbələr endirdi
  22 Avqust 2014    Oxunub:1657
İsrailin Qəzzaya endirdiyi aviazərbələr nəticəsində iki fələstinli öldürülüb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

İsrail Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ölkə aviasiyası Qəzzaya 20 aviazərbə endirib. HƏMAS qruplaşması da İsrail ərazisinə iki raket atıb.

Qəzzada hərbi əməliyyatlar avqustun 20-də İsrail və HƏMAS arasında danışıqlar uğursuzluğa düçar olduqdan sonra bərpa olunub.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1900-a çatıb. Münaqişə nəticəsində 70 İsrail vətəndaşı öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti