Pirallahı sakinləri ərizələrini geri götürdü
Rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən ərizəçilərə təmir-bərpa işlərinin qısa müddətdə başa çatdırılacağı, aparılan işlərlə bağlı narahatlıq doğuran halların, o cümlədən yaranmış müvəqqəti kommunal problemlərin aradan qaldırılacağı və sakinlər üçün lazımi şəraitin yaradılacağı bildirilib.
Ərizəçilər müraciətləri ilə bağlı araşdırmanın nəticələrindən razı qaldıqlarını bildiriblər.