“Neftçi” “Partizan”a məğlub oldu

“Neftçi” “Partizan”a məğlub oldu
  22 Avqust 2014    Oxunub:1661
Ötən gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.
AzVision.az-ın məlumatına görə, təmsilçilərimizdən Ağdamın “Qarabağ” klubu öz meydanında Hollandiyanın “Twente” klubu ilə heç-heçə (0-0) edib.

Digər komandamız Bakının “Neftçi” klubu isə Serbiyanın “partizan” klubunun qonağı olub. Bakı vaxtı ilə saat 23:15-də başlayan oyunda qapılara 5 qol vurulub. Hesabda 2:0 önə keçən "Neftçi" sonradan üstünlüyünü əldən verərək Serbiya təmsilçisinə 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, təmsilçilərimiz bir həftə sonra cavab qarşılaşmalarına çıxacaqlar.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti