TQDK nəticələri açıqladı

TQDK nəticələri açıqladı
  22 Avqust 2014    Oxunub:1378
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturanın boş qalan plan yerlərinə elan olunmuş müsabiqənin nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, namizədlər nəticələrini TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 132 namizəd ərizə təqdim edib. Qəbul olan şəxslər tələb olunan sənədləri (iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti) avqust ayının 25-də və 26-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.


Teqlər:





Xəbər lenti