Elmar Vəliyev baş nazirlə görüşüb

Elmar Vəliyev baş nazirlə görüşüb
  21 Avqust 2014    Oxunub:2301
Andoranın ilk Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oscar Ribas Reig Gəncəyə bir günlük səfər edib.
AzVision.az xəbər verir ki, qonaqla Gəncə Şəhər İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, qədim tarixə malik bu şəhər dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, eləcə də Mirzə Şəfi Vazeh kimi dühalar bəxş edib.

Baş nazir Gəncədə səmimi münasibətə, qonaqpərvərliyə görə minnətdarlığını bildirib, onu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv seçdiklərinə görə mərkəzin idarə heyətinə razılığını ifadə edib.

Sonra qonaq dahi söz ustadı Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, məzarının üztünə gül dəstələri düzüb.

Gəncə ilə tanışlıqdan sonra Oscar Ribas Reig Qəbələyə yola düşüb.















Teqlər:  





Xəbər lenti