Astarada oteldə yanğın: 3 nəfər təxliyyə edildi

Astarada oteldə yanğın: 3 nəfər təxliyyə edildi
  21 Avqust 2014    Oxunub:1519
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Astara rayonu, Pensər kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m olan üçmərtəbəli obyektin 1-ci mərtəbəsində yerləşən ərzaq mağazasının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Hadisə zamanı 3-cü mərtəbədə yerləşən oteldən yanğınsöndürənlər tərəfindən 3 nəfər vətəndaş təxliyə edilib. 2-ci mərtəbədə çayxana və 3-cü mərtəbədə otel yanğından mühafizə olunub.

Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti