İtaliya mətbuatı Naxçıvan görüşündən yazdı

İtaliya mətbuatı Naxçıvan görüşündən yazdı
  21 Avqust 2014    Oxunub:1167
İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilmiş üçtərəfli görüşü ilə bağlı yazı dərc olunub.
Yazıda qeyd olunur ki, görüşdə birgə təlimlərin keçirilməsinə, seminar və konfransların təşkilinə və hərbi hazırlıq sahəsində əməkdaşlığa dair razılığa gəlinib.

Müəllif vurğulayır ki, bu cür görüşlərin gələcəkdə də mütəmadi olaraq keçirilməsi qərara alınıb. Bundan başqa, Cənubi Qafqazda sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsi üçün lazımi addımların atılması məsələsində razılıq əldə olunub.

Yazıda Cənubi Qafqazda sabitliyə ən böyük təhlükə olan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilir. Diqqətə çatdırılır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu 20 ildən artıqdır ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. BMT Təhlükəsizlik Şurası işğalçı qoşunların Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnamə qəbul etsə də, Ermənistan bu sənədlərdə əks olunan tələblərə məhəl qoymur.



Teqlər:





Xəbər lenti