Ərdoğanla bağlı son qərarlarını verdilər

Ərdoğanla bağlı son qərarlarını verdilər
  21 Avqust 2014    Oxunub:1987
Türkiyə müxalifəti yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi ilə bağlı son qərarlarını açıqlayıblar.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Ərdoğanın andiçmə mərasiminə qatılacağını, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu isə Ərdoğanın qələbəsini boykot edərək mərasimdə iştirak etməyəcəyini bəyan edib.

Qeyd edək ki, Türkiyədə keçirilən seçkilərdə qələbə qazanan R.T.Ərdoğanın andiçmə mərasimi avqustun 28-də parlamentdə keçiriləcək. CHP-dən olan 130 deputat Ərdoğanın andiçmə mərasiminə qatılmayacağını bəyan edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti