İŞİD-i maliyyələşdirənlər məlum oldu

İŞİD-i maliyyələşdirənlər məlum oldu
  20 Avqust 2014    Oxunub:2084
Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Herd Müller hesab edir ki, İraqda fəaliyyət göstərənn İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşmasını Qətər maliyyələşdirir.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“İŞİD-i kimin maliyyələşdirdiyinə dair sualı özümüzə verməliyik. Təbii ki, cavab Qətər hökuməti olacaq” – deyə, Müller bildirib.

Qeyd edək ki, son zamanlar Almaniya siyasi dairəsində terrorçularla mübarizədə kürd birləşmələrinə silahın verilməsi bağlı müzakirələr aparılır. Almaniya hökuməti İraqdakı qaçqınlar üçün çadırlar və tibbi avadanlıqlar göndərir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti