Nazirin görüş vaxtı dəyişdi

Nazirin görüş vaxtı dəyişdi
  20 Avqust 2014    Oxunub:1340
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Göygöl şəhərində Göygöl, Daşkəsən, Goranboy rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşlarla 29 avqust 2014-cü il tarixində nəzərdə tutulmuş görüşü cari ilin 21 avqust tarixinə dəyişdirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüş saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

Məlumat üçün bildiririk ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlaya (əlaqə telefonları: 050 448 02 90; 050 337 79 94; 022 20 54977) bilərlər.


Teqlər:





Xəbər lenti