Merkeldən baltikyanı ölkələrə təklif

Merkeldən baltikyanı ölkələrə təklif
  20 Avqust 2014    Oxunub:1310
Almaniya kansleri Angela Merkel Latviyada rəsmi səfərdədir.
AzVision.az-ın məlumatına görə, o, Latviyanın yüksək vəzifəli şəxsləri ilə görüşündə qeyd edib ki, Latviyaya NATO üzrə tərəfdaşlarının yardımı lazım gələrsə, onların tez reaksiya verməsi üçün hər cür şərait yaradılmalıdır. Kansler xüsusilə vurğulayıb ki, NATO haqqında müqavilədə alyans ölkələrindən biri üçün təhlükə olarsa, müttəfiqlərin yardım göstərməsini nəzərdə tutan 5-ci maddə sadəcə sözlərdən ibarət deyil, real fəaliyyət göstərilməsini nəzərdə tutur. Məhz buna görə də lazım gələrsə, müttəfiqlərin qoşunlarının reaksiya verməsi üçün indi təlimlərin təşkilini gücləndirmək lazımdır.

A.Merkel sözünə əlavə edərək deyib ki, hazırda söhbət Baltik ölkələrində vaxtından qabaq döyüş bölmələrinin yerləşdirilməsindən deyil, əməkdaşlığın möhkəmləndirilməsindən gedir.

O xatırladıb ki, tezliklə Almaniya Baltik ölkələrinin hava məkanında keşik çəkməyi öhdəsinə götürəcək.

Latviya Prezidenti Andris Berzinş kansler Angela Merkel ilə görüşlərdən sonra bildirib ki, Almaniya bir çox sahələrdə onun ölkəsinin mühüm tərəfdaşıdır. O qeyd edib ki, Angela Merkelin Riqaya səfəri ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu təsdiqləyir.

Prezident deyib ki, Almaniya Latviya, Litva, Estoniya və Polşanın sərhədlərini qorumağa hazır olduğunu bildirib.


Teqlər:  





Xəbər lenti