`Ulduz müharibələri`nin sirri açıldı

`Ulduz müharibələri`nin sirri açıldı
  19 Avqust 2014    Oxunub:2399
“Ulduz müharibələri” fantastik kinosaqasının hazırda çəkilməkdə olan 7-ci epozidunun ssenarisindən bəzi hissələr internetdə yayılıb.
Təsvirlərdən belə məlum olur ki, VII epizod “Yeni Ümid” epizodu ilə əlaqəli olacaq. Orada Xan Solo və Çubakka obrazları var.

Epizodda tamaşaçılar qara qüvvənin - sithlərin ilk ustadının həyatı ilə də tanış olacaqlar. Həmçinin gənc Dart Veyderin ən güclü vaxtlarında nələr etdiyini biləcəklər.

Qeyd edək ki, film gələn ilin dekabrında ekranlara çıxacaq. Bununla da yeni trilogiyanın əsası qoyulacaq.

Bu dəfə rejissor kreslosunda əfsanəvi Corc Lukas yox, J.J.Abrams əyləşib. Xan Solo rolunu isə hazırda 71 yaşı olan Harrison Ford oynayır.



Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti