Azərbaycanda kimlər Prezident təqaüdü alır?

Azərbaycanda kimlər Prezident təqaüdü alır?
  18 Avqust 2014    Oxunub:12890
Azərbaycanda “Xalq” və “Əməkdar” fəxri adları olan ümumilikdə 1942 nəfərə Prezidentin aylıq təqaüdləri verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu ilin 01 iyul tarixinə, Nazirliyin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən “Xalq” fəxri adına görə 161 nəfərə, “Əməkdar” fəxri adına görə 1781 nəfərə Azərbaycan Respublikasının Prezidentinin aylıq təqaüdü təyin olunub.

Azərbaycan Respublikasının Prezidentinin 26 avqust 2013-cü il tarixli Sərəncamına əsasən, fəxri adlara görə aylıq təqaüdlərin məbləği ötən ilin 01 sentyabrından iki dəfə artırılıb. Həmin fəxri adları alan şəxslər Prezidentin aylıq təqaüdləri ilə büdcə təşkilatlarında işlədikləri həmin təşkilatlar, işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri halda rayon (şəhər) ƏSMM-ləri tərəfindən təmin olunurlar.


Teqlər:  





Xəbər lenti