ABŞ Qara Dənizə hərbi kreyser göndərdi – VİDEO

ABŞ Qara Dənizə hərbi kreyser göndərdi – VİDEO
  07 Avqust 2014    Oxunub:3630
Amerikanın “Vella Gulf” raket kreyseri Qara Dənizə daxil olub. ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi təmsilçisinin açıqlamasına görə, məqsəd Qara Dəniz bölgəsində sabitliyi və təhlükəsizliyi təmin etməkdir”.
“Vella Gulf” – qanadlı “Tomoqavk” raketləri, sualtı qayıqları vurmaq üçün nəzərdə tutulan “Asrok” raketləri, həmçinin idarə olunan zenit raketlərilə silahlanıb. Kreyserin təchiz olunduğu “İcis” sistemi eyni zamanda 250-300 hava hədəfini izləməyə və vurmağa imkan verir.

Qeyd edək ki, 1936-cı ildə qəbul olunmuş Montrö Konvensiyasına görə, kənar dövlətlərin hərbi gəmiləri Qara Dənizdə 21 gündən çox qala bilməzlər.

Yada salaq ki, bu ilin aprelində Ukraynada vəziyyət gərginləşəndə Amerikanın “USS Donald Cook” kreyseri və “USS Taylor” freqatı da Qara Dənizə gəlmişdilər.

Tariyel
AzVision.az





Teqlər:  





Xəbər lenti