Sahib Alıyev jurnalistlərə: “Ağlınıza gələni yazmayın”

Sahib Alıyev jurnalistlərə: “Ağlınıza gələni yazmayın”
  06 Avqust 2014    Oxunub:6893
Millət vəkili, jurnalist Sahib Alıyev cəbhədə baş verənlərlə bağlı yalan xəbər yayanlara müraciət ünvanlayıb.
“Hörmətli jurnalist həmkarlarım və sosial şəbəkədə xəbər yayanlar, unutmayın ki, hər bir savaş iki müstəvidə aparılır. Cəbhədə və kütləvi informasiya vasitələrində. Kütləvi inormasiya vasitələrində savaş aparanlardan heç də hərbiçilərdən az peşəkarlıq tələb olunmur. Əgər peşəkar deyilsinizsə, oxunsun deyə ağılınıza gələnləri yazmayın”,- deyə o, facebook səhifəsində paylaşdığı müraciətdə bildirib.

“Nəzərə alın ki, bu gün yayılan şişirdilmiş xəbərlər nə qədər ruh yüksəkliyi yaradırsa, sabah o təsdiqlənmədikdə ondan dəfələrlə artıq xəyal qırıqlığı doğurur. Bir daha diqqətinizə çatdırıram ki, informasiya əslində ən çağdaş hərbi texnikadan daha mürəkkəb və daha dağıdıcı silahdır. Onunla necə davranmağı bilmək lazımdır. Çox təəssüf ki, hazırda sosial şəbəkələr sorumsuz şəbəkələr rolunda çıxış edir, savadsız şərhlər, lazımsız informasiyalar, bəzən isə təxribat xarakterli fikirlər səsləndirilir. Heç təsəvvür edirsinizmi peşəkarlıqdan uzaq eyni cür davranışı hərbiçilərimiz də cəbhə xəttində sərgiləsələr nə baş verər”,- deyə Sahib Alıyev qeyd edib.


Teqlər:  





Xəbər lenti