Kürdlər İŞİD-ə müharibə elan etdi

Kürdlər İŞİD-ə müharibə elan etdi
  05 Avqust 2014    Oxunub:2567
İraq Kürdüstanı rəhbərliyi öz qoşunlarına İraqın böyük hissəsinə nəzarət edən “İraq və Şam İslam Dövləti”i yaraqlılarına hücum etmək barədə əmr verib.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə İraq Kürdüstanın rəhbəri Məsud Bərzani bildirib.

“Biz komandirlərə Kürdüstan xalqının düşmənlər ilə mübarizə aparmaq əmri verdik. Biz terroçuların qarşısını alacağıq. Peşmərgə müdafiə taktikasından imtina edir. Biz terrorçularla sona qədər mübarizə aparacayıq” – deyə, Bərzani vurğuluyıb. O, həmçinin qeyd edib ki, İŞİD son günlərdə bir neçə dəfə kürd regionlarına hücum edib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti