"Neftçi" -"Çixura"oyunu heç-heçə bitdi

"Neftçi" -"Çixura"oyunu heç-heçə bitdi
  01 Avqust 2014    Oxunub:1303
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Turnirdə yeganə təmsilçimiz "Neftçi" öz meydanında Gürcüstanın "Çixura" klubu ilə qarşılaşıb.

2012/2013 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Zestafoni" klubunu mübarizədən kənarlaşdıran "ağ qaralar" bu dəfə "Çixura"nı sınağa çəkib. Avroliqanın II təsnifat mərhələsində Türkiyənin "Bursaspor" klubunu penaltilərlə (4:1) üstələyən "Çixura"nın "Neftçi"yə necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. Lakin bu görüşdə qapılara qol vurulmayıb - 0:0.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 7-də, Gürcüstanda keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti