Kəlbəcər əsirindən ikinci məktub-FOTOLAR

Kəlbəcər əsirindən ikinci məktub-FOTOLAR
  01 Avqust 2014    Oxunub:1111
Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə əsir götürdüyü Şahbaz Quliyevdən ikinci məktub da gəlib. İkinci məktubun da məzmunu birincidən fərqlənmir.
Məktubu bu gün saat 12:00 radələrində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisinin əməkdaşları girovun bacısı İlhamə Quliyevaya verib. İki cümlədən ibarət olan məktubun ikinci sətirindəki yazının qələmlə qaralanması isə Şahbaz Quliyevin yaxınlarını narahat edir.Onların fikrincə, Şahbaz məktubu təsir altında yazır və vəziyyəti heç də yazdığı kimi yaxşı deyil.

Əsirin bacısı İlhamə Quliyeva deyib: "Xahiş edirik, Şahbazın şəkillərini yollasınlar. Vəziyyətini özümüz gözümüzlə görək. Biz də yazdıq ki, bizdən nigaran olma, qızının vəziyyəti yaxşıdır. Anamızın bu işdən xəbəri yoxdur, ona bildirməmişik".
(Anspress)

Qalereya




Teqlər:





Xəbər lenti