İlham Əliyev həmkarlarını təbrik etdi

İlham Əliyev həmkarlarını təbrik etdi
  01 Avqust 2014    Oxunub:941
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterə təbrik məktubu ünvanlayıb.
Təbrikdə bildirilir "Ölkənizin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-İsveçrə münasibətləri dinamik şəkildə inkişaf edərək yeni məzmun kəsb etmişdir. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlət başçısı həmçinin Benin Respublikasının Prezidenti Boni Yayiyə də təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Benin Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Benin xalqına sülh və rifah arzulayıram".

AzVision.az


Teqlər:





Xəbər lenti