Ukraynada 3 azərbaycanlı yaralanıb

Ukraynada  3 azərbaycanlı yaralanıb
  01 Avqust 2014    Oxunub:926
Ukraynada qanlı döyüşlərin getdiyi qərb bölgəsindən yenə də azərbaycanlılarla bağlı həyəcanlı xəbərlər gəlib.
Ukraynanın Luqansk vilayətində azərbaycanlı öldürülüb. 51 yaşlı Telman Sədi oğlu Cəfərov öz avtomobilində başından güllələnib. İki uşaq atası olan Telman Cəfərov əvvəllər Luqanks vilayətində diasropa fəallarından olub, indiyədək şəxsi fermer təsərrüfatı ilə məşğul imiş.

Bu barədə ANS TV-ə Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə birinci katibi Asim Osmanov məlumat verib. Onun sözlərinə görə, Luqanksda daha 3 azərbaycanlı Vüqar, Mahir və Ədalət Qəhramanovların güllə yarası aldığı deyilir.

Asim Osmanov qeyd edib ki, onun əmisi oğlunun verdiyi qeyri-rəsmi məlumata görə, Luqansk vilayətinin Komenko kəndində maşında olarkən atəş açılıb, yerindəcə qətlə yetirilib: “Hazırda Luqanksda yaşayan bütün azərbaycanlılara tövsiyə olunub ki, nisbətən sakit ərazilərə köçsünlər”.


Teqlər:  





Xəbər lenti