"Azəri" firması barəsində iş qaldırılıb

"Azəri" firması barəsində iş qaldırılıb
  01 Avqust 2014    Oxunub:1191
Qanunsuz pivə istehsalı aşkarlanıb
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, 2360 məhəllədə fəaliyyət göstərən "Azəri" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə və digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən edilib.

Belə ki, yoxlama zamanı pivə qablarının ön tərəfindəki markalanma məlumatlarında istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada - yalnız xarici dildə verildiyi, həmçinin məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatların göstərildiyi aşkar olunub.

Bundan başqa, müəssisədə pivə istehsalı zamanı digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyənləşdirilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Azəri" firması barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti