Azərbaycanda dəhşətli qəza: sürücü öldü

Azərbaycanda dəhşətli qəza: sürücü öldü
  31 İyul 2014    Oxunub:965
Bakı-Şamaxı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 105-ci kilometrliyində (rayon mərkəzindən 16 km aralı) "Shacman" markalı yük avtomobili ilə "Honda" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsünün cəsədi sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər müxtəlif alət və avadanlıqlardan istifadə etməklə cəsədi avtomobildən çıxarıb və aidiyyatı üzrə təhvil veriliblər.

Əməliyyat saat 13:35-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti