Dövlət qəzeti “AAAF Park”ı təriflədi

Dövlət qəzeti “AAAF Park”ı təriflədi
  31 İyul 2014    Oxunub:1260
“Azərbaycan” qəzetinin bugünki sayında son günlər mətbuatda böyük qalmaqallara səbəb olan “AAAF Park”la bağlı geniş məqalə dərc olunub.
“Abşerona gözəllik verən məkanlardan biri” adlı yazıda bildirilir ki, “Zirvə İdman Kompleksi" MMC və "AAAF-İnşaat" MMC Abşeronun yüksəlişinə, simasının yeni görkəm almasına layiqli töhfələrini verir.

Dövlət qəzeti həmin tikinti şirkətini Azərbaycanda tikinti sektorunun liderlərindən biri adlandırıb:

“Abşeronun yüksəlişinə, simasının yeni görkəm almasına qeyri-dövlət qurumları, tikinti şirkətləri də öz layiqli töhfələrini verirlər. Bu sırada "Zirvə İdman Kompleksi" MMC və "AAAF-İnşaat" MMC tərəfindən Xırdalan şəhərində həyata keçirilən layihələr xüsusilə diqqəti çəkir. Bu şirkətlərin ən müasir standartları əsas götürməklə apardıqları tikinti işləri son illərdə şəhərin həm inkişafına, həm də simasının modernləşməsinə böyük təkan verib.”, -deyə “Azərbaycan” qəzetində dərc olunan məqalədə bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda “AAAF Park”ın rəhbəri Tofiq Heydərov saxlanılması ilə bağlı məlumat yayılmışdı.

Bildirilmişdi ki, Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları kompleksdə yoxlamalara başlayıb və kompleksdə külli miqdarda vergidən yayınma halları qeydə alınıb. Mətbuatda hətta Tofiq Heydərovun radikal dini qruplaşmalarla münasibətdə olması iddia edilirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti