Qəzzada qanlı gün: 129 ölü

Qəzzada qanlı gün: 129 ölü
  31 İyul 2014    Oxunub:1089
İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində ötən gün 129 fələstinli öldürülüb.
Bu barədə Azvision.az “Reuters”ə istinadən xəbər verib.

İsrail ordusu atəşkəs rejiminin elan olunmasından sonra BMT-nin məktəbinə və Qəzzada bazara aviazərbələr endirib. Fələstinlilər hadisəyə görə, məsuliyyəti İsrail tərəfinin daşıdığını bildirib. İsrail tərəfi isə hələki insidenti şərh etmir.

“Çərşənbə günü Fələstində 129 nəfər öldürülüb, 400 nəfər isə yaralanıb. Ümumilikdə İsrailin başlatdığı hərbi əməliyyatlar nəticəsində 1359 nəfər öldürülüb, 7677 nəfər isə yaralanıb” -deyə, HƏMAS rəsmiləri bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti