`Qarabağ`qalib gəldi: 2-1 - YENİLƏNDİ

`Qarabağ`qalib gəldi:  2-1 - YENİLƏNDİ
  31 İyul 2014    Oxunub:1311
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib.
AzVision.az-ın məlumatına görə, Ağdam klubu `Qarabağ` ÇL-in III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Zalsburq" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesab 2:1 `Qarabağ`ın xeyrinə olub.

Oyunun 2-ci dəqiqəsində "Qarabağ" Danilo Diasla hesabı açıb: 1-0. Daha sonra görüşün 77-ci dəqiqəsində "Zalsburq" hesab bərabərləşdi: 1-1

Lakin, oyunun 86-cı dəqiqəsində `Qarabağ`un oyunçusu Reynaldonun qolu ilə hesab 2:1 oldu.

AzVision.az


Teqlər:  





Xəbər lenti