Oqtay Gülalıyevin oğluna cinayət işi açılıb

Oqtay Gülalıyevin oğluna cinayət işi açılıb
  31 İyul 2014    Oxunub:964
Milli Şura mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevə cinayət işi açılıb.
AzVison.az xəbər verir ki, bu haqda AzadlıqRadiosuna Oqtay Gülalıyevin özü məlumat verib.

Onun bildirdiyinə görə, iyulun 30-da Bakı şəhər Baş Polis İdarəsində oğluna qarşı xuliqanlıq ittihamı irəli sürülüb:

«11 ay öncə oğlum mübahisə etmişdi və onu bıçaqlamışdılar. Son bir ayda üçüncü dəfədir ki, bu məsələ ilə bağlı idarəyə çağırılıram. Bu gün də çağırmışdılar. Oğlum azyaşlı olduğundan qanuni nümayəndə kimi mən iştirak edirəm. Oğlumu bıçaqlayanları cəzalandırmaq yerinə, hər dəfə onun özünü ittiham edirdilər. Bu dəfə rəsmi ittiham irəli sürdülər. Xuliqanlıq maddəsi ilə cinayət işi elan etdilər. Sabah vəkillə birlikdə gedib, ifadə verəcəyik.Necə olur ki, bıçaqlanan da, ittiham olunan da mənim oğlum olur?».

Ötən il sentyabrın 24-də Oqtay Gülalıyevin 16 yaşlı oğlu Əli Gülalıyevi 3-4 nəfər döyüb. Sonra isə o, bıçaqlanıb. Oqtay Gülalıyev oğlunun bıçaqlanması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdi.


Teqlər:





Xəbər lenti