ABŞ səfirliyindən hədiyyə söhbəti ilə bağlı AÇIQLAMA

ABŞ səfirliyindən hədiyyə söhbəti ilə bağlı AÇIQLAMA
  30 İyul 2014    Oxunub:873
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın iqamətgahında keçirilən vida mərasimi ilə bağlı yayılmış xəbərlər reallığı düzgün əks etmir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, səfir Morningstarın iqamətgahında keçirilən vida mərasımındən olan xəbərlər reallığı düzgün əks etmir:

`Ənənəvi olaraq Bakıdakı diplomatik korpusun nüfuzlu təmsilçisi dövləti tərk edən Səfirə hədiyyə alınması üçün diplomatik missiyalardan vəsait toplayır.

Vidə mərasimindən öncə Səfir Morniqstar digər səfirlər etdiyi kimi, hədiyyə üçün toplanan vəsaiti xeyriyyəçiliyə yönəltmək qərarı vermişdir. Vida mərasimi vaxtı diplomatik missiyalarının cari təmsilçisi olan Rusiyanın Səfiri Doroxin, Səfir Morninqstara toplanan vəsaiti təqdim etmişdi. Səfir vasaiti yerli xeyriyyəçilik məqsədlərinə ünvanlamışdır. Səfir Morniqstar hədiyyə almaqdan şərəf düyaraq diplomatik korpus nümayyəndələrinə və Səfir Doroxinə təşəkkürünü bildirmişdir. Səfir Morniqstar və Səfir Doroxinin arasında həmişə çox yaxşı münasibətlər olub`.


Teqlər:  





Xəbər lenti