Azərbaycan “Eurovision”a qatılmaya bilər

Azərbaycan “Eurovision”a qatılmaya bilər
  30 İyul 2014    Oxunub:1348
Bu il Avstriyada keçiriləcək “Eurovision 2015” Mahnı Müsabiqəsində 18 ölkənin iştirak edəcəyi dəqiqləşib. İki ölkənin isə bu il yarışmadan imtina etdiyini bildirilir.

Sonuncu yarışmada transseksual müğənni Konçita Vürst qalib gələndən sonra Azərbaycanın bu il “Eurovision”da iştirak etməyəcəyinə dair fikirlər gəzib-dolanır. Rəsmi şəkildə Azərbaycanın müsabiqədə iştirak edib-etməyəcəyi açıqlanmasa da yayılan informasiyalar ölkəmizin “Eurovision”a qatılmayacağından xəbər verir.

Həqiqətənmi ölkəmiz bu il müsabiqəyə qatılmayacaq?
AzVision.az bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə əlaqə saxlayıb.

Şirkətin sözçüsü Akif Cabbarlı saytımıza bildirib ki, Azərbaycanın gələn il “Eurovision” Mahnı Müsabiqəsində iştirak etməsi barədə İTV-də heç bir məlumat yoxdur:

"Bizim bu barədə məlumatımız yoxdur. Çünki bizə aid olan bir məsələ deyil, biz yalnız müsabiqəni tv-də işıqlandırırıq".

Diqqətə çatdıraq ki, ölkənin müsabiqədə iştirak-edib etməməsini həmin ölkənin İctimai Televiziyası təsdiq edir. A.Cabbarlının bu açıqlaması isə bir qədər təəccüb doğurur.

Məlumat üçün bildirək ki, müsabiqədə iştirak etməyən istəyən ölkələr sentyabrın 15-ə qədər öz iştirakını təsdiq etməlidir.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti