Castin Biber və Orlando Blum əlbəyaxa oldu – VİDEO

Castin Biber və Orlando Blum əlbəyaxa oldu – VİDEO
  30 İyul 2014    Oxunub:1128
İspaniyanın İbiza adasında “Cipriani” restoranında məşhur amerikalı aktyor Orlando Blum və Castin Biber arasında dava olub.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Blum və Biberin dostları ayrı-ayrı masalarda şam edirmişlər. Hadiə şahidlərinin sözlərinə görə, Biber aktyorun sabiq arvadı, model Miranda Kerr haqqında xoşagəlməz ifadələr işlətməyə başlayıb. Biber Bluma “O, çox yaxşı idi” deyərək Miranda ilə intim əlaqədə olduğuna işarə edib. Bundan sonra Orlando Blum Biberə hücum edib.

Hadiə şahidlərindən biri məşhurlar arasında davanı çəkərək “Facebook” da yerləşdirib. AzVision.az həmin videonu sizə təqdim edir:



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti