ASAN-ın gəncəli könüllüləri YAP-a qoşuldular

ASAN-ın gəncəli könüllüləri YAP-a qoşuldular
  30 İyul 2014    Oxunub:1317
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı yeni ərazi ilk partiya təşkilatlarının təsis edilməsi işini və partiya fəalları ilə mütəmadi görüşlərini davam etdirir. Gəncə “Asan xidmət” Mərkəzinin əməkdaşları və könüllülərinin iştirak etdiyi belə görüşlərin biri də şəhər Təşkilatının Qərargahında keçirilib.
Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, partiya fəalları ilə dialoqların aparılmasının, yerlərdə görüşlərin keçirilməsinin partiya işinin yüksək səviyyədə qurulmasında, canlandırılmasında, ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Naqif Həmzəyev bildirib ki, Gəncə “Asan xidmət” Mərkəzində çalışan partiya fəalları - könüllülər mərkəzdə ərazi ilk partiya təşkilatının yaranması xahişi ilə şəhər partiya təşkilatına müraciət ediblər.

Çıxış edənlər-YAP Gəncə şəhər Təşkilatının İdeoloji şöbəsinin müdiri Hüseyn Budaqov, Gəncə “Asan xidmət” Mərkəzinin rəhbəri Elnur Rzayev, gənclərdən Ülkər Həsənova, Fərid Alməmmədov, Zeynəb Tağıyeva və başqaları ölkəmizdə gənclər siyasətinin uğurla yerinə yetirilməsindən, gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin hər bir sahədə yenilikçilik, təşəbbüskarlıq fəaliyyətindən, Asan xidmət ailəsi olaraq burada yaradılmış sağlam mühitdən, qısa müddətdə kollektivin ictimaiyyət arasında böyük nüfuz qazanmasından söhbət açıblar.

Verilən təkliflər əsasında mərkəzdə ərazi ilk partiya təşkilatının yaranması qərara alınıb. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan mərkəzin rəhbəri Elnur Rzayev səs çoxluğu ilə təşkilatın sədri, Pərvin Quliyev isə müavin seçilib.


Teqlər:





Xəbər lenti